Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib
# 11 iyul 2019 19:56 (UTC +04:00)

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR