Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir
# 13 noyabr 2019 18:56 (UTC +04:00)

Təlim çərçivəsində qoşunların səfərbərlik ehtiyatları ilə komlektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktiki fəaliyyət göstərib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Hərbi qərarqəbuletmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR