Ermənistanın diversiya qruplarının təxribatının qarşısı alınıb

Ermənistanın diversiya qruplarının təxribatının qarşısı alınıb
# 02 oktyabr 2019 10:34 (UTC +04:00)

2019-cu ilin 1 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə döğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR