Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO
  • Clock-gray 18:43
  • calendar-gray 21 Oktyabr 2019

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date