Hərbi hissədə bədbəxt hadisə baş verib, iki hərbçi həlak olub - VİDEO

Hərbi hissədə bədbəxt hadisə baş verib, iki hərbçi həlak olub - VİDEO
  • Clock-gray 11:52
  • calendar-gray 06 İyul 2019

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Hafiz Heydərov

Digər xəbərlər

Arxiv

date