"Hərbiyyə - 2019" hərbi-vətənpərvərlik düşərgəsində Azərbaycanın tarixi bayraqlarının sərgisi açılıb

"Hərbiyyə - 2019" hərbi-vətənpərvərlik düşərgəsində Azərbaycanın tarixi bayraqlarının sərgisi açılıb
# 31 avqust 2019 17:18 (UTC +04:00)

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad Xan Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan "Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın tarixi bayraqları” sərgisi açılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, düşərgənin gənc vətənpərvərləri ilə yanaşı Müdafiə Nazirliyinin əməkdaşları, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, veteranlar, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin şəxsi heyəti sərgiyə böyük maraqla tamaşa ediblər.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, bayraq hər hansı bir ölkənin mövcudluğunu, şərəf və ləyaqətini əks etdirən müqəddəs rəmzdir.

Ölkələrin özlərinə bayraq təyin etməsi orta əsrlərin əvvələrində, döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri məqsədilə başlanıb. Məhz bayraqları öyrənən veksillologiya elmi təsdiq edir ki, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olan, böyük dövlətçilik tarixinə malik Azərbaycan da zaman-zaman mövcud olan öz bayraqları ilə tarixdə mühüm yer tutub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bayrağa həmişə yüksək önəm vermiş və Ulu Öndərimizin sayəsində paytaxtımızda, eləcə də ölkəmizin bir çox bölgələrində Bayraq muzeyləri yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılan üçrəngli dövlət bayrağımız ötən əsrin 90-cı illərinin əvvələrində yenidən Naxçıvanda ucaldılmış, az sonra isə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyevin sərancamına əsasən 2010-cu ildən başlayaraq “Dövlət bayrağı günü” kimi təntənəli surətdə qeyd olunur.

Sərgidə Midiya, Qaraqoyunlu, Ağqoyunlu, Cəlairilər, Eldənizlər, Səfəvilər dövlətlərinin, Bakı, Şəki, Qarabağ, İrəvan, Gəncə xanlıqlarının, Nadir şah Əfşarın, Cavad Xanın, Qacarların bayraqları, həmçinin Azərbaycanın Xalq Cümhuriyyəti dövründən bu günə kimi qəbul olunmuş bayraqlar nümayiş olunub, hər bir bayraq haqqında geniş məlumat verilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR