MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
# 30 oktyabr 2019 09:41 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın xəbərinə görə, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas iştirakçılarına Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR