Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib

Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib
# 09 sentyabr 2019 15:02 (UTC +04:00)

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR