Qaçaqmalçılıqla məşğul olan 150 mütəşəkkil dəstə zərərsizləşdirilib - RƏSMİ

Qaçaqmalçılıqla məşğul olan 150 mütəşəkkil dəstə zərərsizləşdirilib - RƏSMİ
  • Clock-gray 15:48
  • calendar-gray 16 Avqust 2019

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bunu bu gün  Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov bildirib.

E. İbrahimov deyib ki, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.

Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date