Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib - FOTO

Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib - FOTO
# 16 avqust 2019 19:19 (UTC +04:00)

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR