“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər yola salınıb - VİDEO - FOTOSESSİYA

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər yola salınıb - VİDEO - FOTOSESSİYA
# 14 iyun 2019 13:23 (UTC +04:00)

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR