“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib - VİDEO

“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib  - VİDEO
# 29 avqust 2019 11:34 (UTC +04:00)

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR