Xanlar Vəliyev: “Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”

Xanlar Vəliyev: “Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”
# 01 oktyabr 2019 14:37 (UTC +04:00)

“Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyəti daha da yaxşılaşdırılıb”.

Hərbi Prokurorluqdan APA-ya verilən məlumata görə, bunu Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 101 illiyinə həsr olunmuş mərasimdə Hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, bunun nəticəsində vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilmiş, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

“Təsadüfi deyil ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutub”, - deyə Hərbi prokuror vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR