Zakir Həsənov NATO-nun toplantısında iştirak edib

Zakir Həsənov NATO-nun toplantısında iştirak edib
# 25 oktyabr 2019 18:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR