Aktyor Məhərrəm Qurbanov vəfat edib 

Aktyor Məhərrəm Qurbanov vəfat edib 
# 21 avqust 2019 18:23 (UTC +04:00)

Aktyor Məhərrəm Qurbanov vəfat edib.

Bu barədə APA-ya aktyorun qızı Aytən Qurbanova məlumat verib.

O bildirib ki, atası bu gün axşam saatlarında vəfat edib: “Xəstəxanadan bizə dedilər ki, atanızın vəziyyəti ağırdır, bir neçə saat ömrü qalıb. Biz də xəstəxanadan çıxarıb evə gətirdik, yolda keçindi”.

A.Qurbanova atasının sabah Yasamal qəbiristanlığında dəfn ediləcəyini vurğulayıb.

Qeyd edək ki, M.Qurbanov avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib. Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR