Azərbaycanda mobil rabitə sektorunun gəliri artıb

Azərbaycanda mobil rabitə sektorunun gəliri artıb
# 14 avqust 2019 11:13 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 497 mln. manat təşkil edib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,36% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,5%-ni təşkil edib.

Komitədən o da bildirilib ki, bu ilin 7 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1196,4 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,2%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 16,9% artıb. Bu sahədə əldə olunan gəlirin 82,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR