Azərbaycanda reklam sahəsində möhtəşəm yenilik: hava temperaturuna uyğun reklam imkanı - FOTO - VİDEO

Azərbaycanda reklam sahəsində möhtəşəm yenilik: hava temperaturuna uyğun reklam imkanı - FOTO - VİDEO
# 10 sentyabr 2019 16:58 (UTC +04:00)

Dünya araşdırmalarına görə, istehlakçılar üçün pik saatlarında yolların vəziyyəti və hava proqnozu cəlbedici və faydalı hesab olunan məlumat sayılır. Bu amilləri nəzərə alaraq, reklam agentlikləri və rəqəmsal platforma yaradıcıları istehlakçıların ehtiyac və maraqlarına cavab verən yaradıcı və orijinal reklam yaradırlar. Nəticədə hədəf kütləsinin diqqətini elə yerindəcə və real zaman kəsiyində çəkmək asanlaşır, çatdırılması hədəflənən mesajı rahatlıqla ötürmək mümkün olur.

“Coca-Cola” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizin reklam sahəsində ilk dəfə olaraq yeni və tam fərqli formatda reklam - hava temperaturuna uyğunlaşan “digital outdoor” və “digital indoor” reklam hazırlanıb, özü də dünyaca məşhur “Coca-Cola” brendi üçün. Belə ki, bir müddət öncə paytaxtımızın qaynar nöqtələrində və sərnişin avtobuslarında yerləşdirilmiş, hava temperaturunu əks etdirən monitorlarda birdən-birə “Coca-Cola” reklam videoları görünməyə başlayıb.

Azərbaycan reklam bazarında isə çöl reklamında bu növ hədəfləməni ilk dəfə olaraq “Adviad” platforması təklif edir. “Adviad” – platformaya qoşulmuş bütün rəqəmsal mənbələrdə eyni vaxtda bir reklam mesajı yaymağa imkan verən rəqəmsal platformadır. Yerli veb-saytlarla yanaşı, platforma, internet bağlantısı olan ticarət mərkəzlərində, nəqliyyatda, şəhərdəki monitorlarda, həmçinin, “Facebook”, “Instagram”, “Google”da reklamları qoşulub.

Azərbaycanda “Coca-Cola” üçün “Adviad” platformasının imkanlarını təklif edən və həyata keçirən ilk reklam agentliyi “Universal McCann Azərbaycan”dır. “Coca-Cola” reklam dünyasında yaradıcı, strateji və innovativ yanaşması ilə məşhurdur və buna görə Agentliyin təşəbbüsü böyük maraqla qəbul edildi. Kampaniyanın məqsədi istehlakçıya “Coca-Cola” məhsulunun soyuq halda içilməsi ilə bağlı idi, çünki yalnız müəyyən bir temperaturda içki daha dadlı olur.

Yaxşı, bəs hansı həll təklif edildi və bu layihə necə həyata keçirildi?

Agentlik "Daha soyuq, daha dadlı" reklam mesajı və real vaxt hava proqnozunun birləşdirildiyi bir video hazırladı. Video, şəhər mərkəzində yerləşən avtobuslarda və LED monitorlarda, havanın temperaturunun 26° C-dən yuxarı qalxması ilə eyni vaxtda, bütün planlaşdırılan mediada reklam mesajı nümayiş olundu, beləliklə istehlakçıları sevimli içki istifadə edərək sərinləməyə və təravətlənməyə dəvət etdi.

İlkin hesablamalara görə, ümumilikdə reklam mesajının 36 mindən çox insana çatacağı gözlənilir. Və bu hədd deyil. Bu nəticə “Adviad” platformasının “digital outdoor” sahəsində böyük perspektivlərini göstərir. Bu platformanın imkanları sayəsində reklam verənlər reklam mesajlarını istehlakçılara "burada və indi" (lazımi vaxtda, lazımi yerdə) çatdırmaq üçün böyük üstünlüklər əldə edəcək və bununla da tələb və satışa təkan verəcək.

Platforma və onun imkanları haqqında ətraflı məlumatı rəsmi veb-saytdan əldə etmək olar – www.adviad.com və ya (+994 55) 511 01 54 telefon nömrəsi ilə əlaqə saxlayaraq.

“Adviad” platforması 2019-cu ilin aprel ayından fəaliyyət göstərir. Platformanın əsas məqsədi bir çox reklam kanalını vahid pəncərədə birləşdirərək agentliklərin və markaların işini asanlaşdırmaqdır. Şirkət direktoru Rasim Davudov marketinq sahəsində 15 ildən çox təcrübəyə malikdir və eyni zamanda Azərbaycanda aparıcı rəqəmsal agentlik olan “New Media”nın baş direktorudur.

2011-ci ildə yaradılan “Universal McCann Azərbaycan” agentliyi Azərbaycan bazarındakı əsas şəbəkə media agentlikləri arasında liderdir. Hər növ media xidmətləri təqdim edir. Müştərilərin portfelinə “Coca-Cola”, “Unilever”, “Toyota”, “Dogadan”, “Pinar” və digər qlobal və yerli markalar daxildir.

Şirkət ünvanı: UM Azərbaycan, Passage 1901, N. Rəfibəyli küçəsi 12/14, Bakı, AZ 1001. T: (+994 12) 492-35-35.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR