"Buta Airways": Bakı-Batumi aviareysi uğurla yerinə yetirilib

"Buta Airways": Bakı-Batumi aviareysi uğurla yerinə yetirilib
# 12 iyul 2019 16:34 (UTC +04:00)

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in J2 9227 nömrəli aviareysində Bakıya geri qayıdan təyyarə 14:38-də havaya qalxaraq Batumiyə yola düşüb.

Aviaşirkətdən “APA-Economics”ə verilən məlumata görə, təyyarə artıq Gürcüstanın Batumi şəhərinə uğurla enib.

Xatırladaq ki, Batumidə hava şəraiti ilə əlaqədar "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda uğurlu eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR