Üç rayonun və Bakının bir sıra qəsəbələrinin qaz təchizatında dayanmalar olacaq

Üç rayonun və Bakının bir sıra qəsəbələrinin qaz təchizatında dayanmalar olacaq
# 21 avqust 2019 09:37 (UTC +04:00)

Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində aşkar olunan qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.

Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq.

Avqustun 21-də səhər saat 10.00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR