Sulutəpədə avtomobil qaz xəttini zədələyib

Sulutəpədə avtomobil qaz xəttini zədələyib
# 12 sentyabr 2019 10:42 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtomobil qəzası qaz xəttinin zədələnməsinə səbəb olub.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR