XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
  • Clock-gray 15:01
  • calendar-gray 23 İyul 2019

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Bu barədə APA-ya “Gilan Holding”dən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondu və “Gilan Holding”in təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi 1 avqustda Heydər Əliyev adına Konqres Mərkəzində baş tutacaq.

Festivalda müxtəlif musiqi janrlarında çıxış edən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünya şöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcəklər.  

Xalq artistləri Murad Adıgözəl-zadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edəcəklər.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcək.

Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” təşkil olunacaq. Muğam sevərlər “Naz-nazı” muğam qrupunun çıxışlarından zövq ala biləcəklər.

Qeyd olunub ki, möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına ənənəvi olaraq, böyük töhfə verəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date