Əbülfəs Qarayev: "Bu il bir çox festival keçiriləcək"

Əbülfəs Qarayev: "Bu il bir çox festival keçiriləcək"
  • Clock-gray 17:03
  • calendar-gray 12 Sentyabr 2019

"Teatr mövsümü sentyabrın ortalarında başlayır. Yay mövsümündə isə bizim teatrların bir qismi beynəlxalq festivallarda iştirak edir".

APA-nın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, mövsüm sentyabrın ortasında başlayıb iyunun ortası, bəzən axırına kimi davam edir:

"Demək olar, bütün teatr müəssisələrinə dövlət sifarişi veririk. Teatrlara Prezident tərəfindən maddi vəsait də ayrılıb. Bu il bir çox festival keçiriləcək".

Son vaxtlar bir neçə teatra "Xalq teatrı" adı verildiyini deyən Ə,Qarayev bildirib ki, bu, həmin teatrların beynəlxalq səviyyədə tanıdılması üçündür. Nazirin dediyinə görə, teatrların imkanlarının genişləndirilməsi üçün maraq olmalıdır: "İnsanlar teatrlara daha çox gəlməlidir. Teatrların potensialı odur ki, mövsüm zamanı 10-15 tamaşa olur. Ondan çox olması alınmır".

Digər xəbərlər

Arxiv

date