Sami Yusuf "Nəsimi" kompozisiyası hazırlayıb - VİDEO

Sami Yusuf "Nəsimi" kompozisiyası hazırlayıb - VİDEO
  • Clock-gray 10:21
  • calendar-gray 10 Sentyabr 2019

Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

APA-nın məlumatına görə, "Nəsimi" kompozisiyası Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.  

Əsəri xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir.

Kompozisiyada "Şur" muğamından da istifadə olunub.

Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date