Azərbaycan statistika sahəsində Rumıniya təcrübəsini öyrənir

Azərbaycan statistika sahəsində Rumıniya təcrübəsini öyrənir
  • Clock-gray 12:25
  • calendar-gray 18 Sentyabr 2019

Azərbaycan Dövlət Statistika Komitəsinin nümayəndələri “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Rumıniya Milli Statistika İnstitutunda təlim səfərindədirlər.

APA-Economics”in Komitəyə istinadən verdiyi məlumata görə, məqsəd Rumıniya Milli Statistika İnstitutunun rəsmi internet səhifəsinin strukturu, məlumatların yerləşdirilməsi, istifadəçi qruplarının maraqları, statistik məlumatların yayılması, istifadəçilərlə əlaqələrin qurulması, coğrafi informasiya sistemləri, inzibati məlumatlardan istifadə sahəsində təcrübəsinin öyrənilməsidir.

Səfər müddətində Rumıniya mütəxəssislərinin İnstitutun rəsmi internet səhifəsinin strukturu haqqında, yayım sahəsində mövcud olan qanunverici sənədləri, statistik məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması, istifadəçi qruplarının bölgüsü, onların statistik məlumatlarla təmin olunma prosesi, coğrafi informasiya sistemləri, statistik məlumatların elektron xəritələr vasitəsilə yayılması, yayımlanan statistik məlumatların əhatə dairəsi, inzibati məlumatlardan istifadə, həmçinin statistik məlumatların istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təqdimatları nümayiş olunub.

APA-Economics

Digər xəbərlər

Arxiv

date