Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır
  • Clock-gray 14:56
  • calendar-gray 23 Sentyabr 2019

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır.

APA-nın xəbərinə görə, bununla bağlı “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklifə əsasən, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddə əlavə olunacaq. Bu maddəyə görə, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Sənəd bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date