Bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə olunub

Bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə olunub
  • Clock-gray 11:04
  • calendar-gray 13 Avqust 2019

Bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə olunub.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, avqust ayının 13-dək ölkənin 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb. Son 5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub.

Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb. 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date