Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək

Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək
  • Clock-gray 19:05
  • calendar-gray 16 Sentyabr 2019

“Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var”.

APA-nın məlumatına görə, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib. 

F. Oktay deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşmaçalışmalar var: “TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası-red.) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə ticarətini asanlaşdıracaq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date