Bədii gimnastika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix bəlli olub

Bədii gimnastika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix bəlli olub 
  • Clock-gray 11:13
  • calendar-gray 14 Avqust 2019

Bədii gimnastika üzrə Azərbaycan və Bakı çempionatının keçiriləcəyi tarix dəqiqləşib. 

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, 26-cı dəfə təşkil olunacaq yarış avqustun 29-31-də olacaq. 

Fərdi yarışlarda gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında  “Ocaq Sport”, “AyUlduz”, “GymKids”, “Zabrat” klubları, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

3 gün davam edəcək turnirdə 100-dən çox gimnast medallar uğrunda qüvvəsini sınayacaq.

Qeyd edək ki, çempionat Milli Gimnastika Arenasında olacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date