Çingiz Qənizadə: "Ermənistan mülki əhalini hədəf almaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozub"

Çingiz Qənizadə: "Ermənistan mülki əhalini hədəf almaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozub"
  • Clock-gray 15:23
  • calendar-gray 04 Noyabr 2020

Artıq bir çox beynəlxalq təşkilatlar ermənilərin Azərbaycana qarşı müharibə cinayətlərinə öz münasibətini bildirib.
 
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

O bildirib ki, Ermənistan tərəfindən mülki əhaliyə, xüsusilə qadınlara və uşaqlara edilən hücumlarla Cenevrə konvensiyasının  və BMT-nin mülki əhali ilə bağlı konvensiyasının tələblərini kobud şəkildə pozublar: “Ermənistan öz ərazisindən Azərbaycanın cəbhə bölgəsinə aid olmayan, hərbi hədəflər yerləşməyən böyük şəhərlərini atəşə tutmağa davam edir. Ermənistan bununla 190 ölkənin qəbul etdiyi Cenevrə konvensiyasının tələblərini pozsa da, onlara qarşı reaksiya görmürük. QHT-lər olaraq biz də bir çox beynəlxalq təşkilatlara sənədlər göndərmişik. QHT-lərin Monitorinq Qrupu olaraq Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlamışıq. Yaxın 10 gündə biz aralıq hesabatı da hazırlayacağıq və buraya yeni baş verən faktları da əlavə edəcəyik. Növbəti dəfə ekologiya ilə bağlı hesabat hazırlayacağıq. Gələcəkdəki hesabatlarda uşaqlar, qadınlar ayrıca bölmə olaraq hazırlanacaq. Baş Prokuror Kamran Əliyevin də bildirdiyi kimi, reallığa uyğun olaraq, bu faktlar göstəriləcək. Bizim üçün faktları toplamaq çətinliklər yaratsa da, bu işləri davam etdiririk. Gələcəkdə təqdim edəcəyimiz aralıq hesabatda da bu hesabatda yer almayan faktlar öz əksini tapacaq”.

apa-logo-mini

Digər xəbərlər