QHT-in reyestri, qrant müqavilələri və bank əməliyyatlarına dair proseslər elektronlaşdırılıb

QHT-in reyestri, qrant müqavilələri və bank əməliyyatlarına dair proseslər elektronlaşdırılıb
# 30 iyun 2020 11:08 (UTC +04:00)

Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-in bank əməliyyatları ilə bağlı bir sıra prosedurlar elektronlaşdırılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” haqqında qanuna əlavə edilməsi təklif olunan 9-2-3-cü maddəyə əsasən. QHT-in təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydiyyata alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçiriləcək. Təklif olunan 9-2-4-cü maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətlərində həmin sistem vasitəsi ilə əldə edilən sənədlərdə istifadə edəcəklər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud elektron qaydada təqdim oluna bilər.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan 162.2-1-ci maddə QHT-in təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsi ilə dövlət qeydiyyatının həyata keçirilməsini nəzərdə tutur. Təklif edilən 16.2-2-ci maddəyə görə, QHT-in bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsi ilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud elektron qaydada istifadə ediləcək.

Əlavə olunması təklif olunan 24-3-cü qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılmasını nəzərdə tutur. Beləliklə, QHT qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələr hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasını və qəbul etdiyi ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyat keçirmək üçün müraciət edə bilərlər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR