Səidə Qocamanlı: “Hesabatımızın Avropa Şurasında dinlənilməsi üçün məsələ qaldıracağıq”

Səidə Qocamanlı: “Hesabatımızın Avropa Şurasında dinlənilməsi üçün məsələ qaldıracağıq”
  • Clock-gray 15:57
  • calendar-gray 04 Noyabr 2020

“Bu gün beynəlxalq hüquq müdafiə təşkilatları bizim vətən müharibəmizə çox gec reaksiya verdilər”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib.

O bildirib ki, Avropa İnsan hüquqları üzrə komissarı hələ də reaksiya verməyib: “Avropa Şurasında bizim hesabatımızın dinlənilməsi ilə bağlı məsələ qaldıracağıq. Hesabatın ingilis variantı artıq hazırfır. Fransız və alman dillərində də hesabat təqdim ediləcək”.

S.Qocamanlı deyib ki, hesabata hər gün yeni faktlar daxil edilir: “Çünki ermənilər tərəfindən hər gün bizim rayonlarımıza bombalar atılır, insanlar öldürülür. Hər dəfə biz hansısa hesabatı beynəlxaql təşkilatlara təqdim edəndən sonra artıq bizlə əlaqə saxlayıb müəyyən faktlar üzrə fikrimizi soruşurlar. Ona görə çalışacağıq ki, kifayət qədər samballı, keyfiyyətli hesabatı onlara təqdim edək. Mənim ana Vətənim Şuşadır. Arzu edirəm ki, bizim rəşadətli oğullarımız bayrağımızı Şuşada dalğalandırsınlar”.

 

Firuzə Vahid

Digər xəbərlər