Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib

Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib
  • Clock-gray 12:32
  • calendar-gray 30 Aprel 2019

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.

APA-nın məlumatına görə, tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ramiz Mehdiyevin on illərlə apardığı tədqiqatlarının çox məntiqli davamı olan bu kitab elmimiz, cəmiyyətimiz üçün çox aktual olan bir mövzuya həsr edilib.

Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərlərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib.

Tədbirdə ADU-nun Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova, Elmi işlər üzrə prorektoru, dosent Sevinc Zeynalova, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Solmaz Rüstəmova-Tohidi, Niyazi Mehdi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov kitab haqqında fikirlərini söyləyib.

Azərbaycan oxucusuna ana dilimizdə ilk dəfə təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusilə böyük tarixi əhəmiyyətə malikdir. Çünki həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meyllərinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcək. Təqdim olunan sənədlər müvafiq şərh və izahlarla müşayiət edilib.

Kitabda dövrün mühüm şəxsiyyətlərinə və hadisələrinə dair tarixi məlumatlar və qeydlər ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirova, sənədlərin fars dilindən tərcüməsi isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevə məxsusdur. Kitabın redaktorları Aslan Aslanov və Dağbəyi İsmayılovdur. “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış kitab 232 səhifədən ibarətdir.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date