Birinci vitse-prezidentin köməkçisi: "Vəkillərin davranışını tənzimləyən etik qaydaların təkmilləşdirilməsinə ehtiyac var"

Birinci vitse-prezidentin köməkçisi: "Vəkillərin davranışını tənzimləyən etik qaydaların təkmilləşdirilməsinə ehtiyac var"
  • Clock-gray 12:25
  • calendar-gray 31 May 2019

“Azərbaycanda vəkillərin davranışını tənzimləyən etik davranış qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. Bu da öz növbəsində vəkilliyin nüfuzunun artmasına gətirib çıxara bilər”.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O xatırladıb ki, 2011-ci ildə İnsan Haqları İnstitutunun, Vəkillər Kollegiyasının və digər qurumların iştirakı ilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, o vaxtkı Vəkillər Kollegiyasının sədri vəkillərin nüfuzunun artırılmasına heç bir səy göstərmir: “Vəkilliyin nüfuzu ayrı-ayrı vəkillərin nüfuzundan asılı idi. Bu gün Vəkillər Kollegiyası vəkillərə olan inamın və etimadın artırılması üçün böyük səy göstərir. Bu özü təqdirəlayiq haldır. Eyni zamanda bəzi vəkillər müəyyən məsələlərdə haqsızlıq nümayiş etdirir”.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date