Azay Quliyev: "QHT-lərlə əlaqədar cinayət işinin təhqiqatı başa çatıb, hesablar üzərindən həbs götürülüb"

Azay Quliyev: "QHT-lərlə əlaqədar cinayət işinin təhqiqatı başa çatıb, hesablar üzərindən həbs götürülüb"
# 06 aprel 2016 12:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Müəyyən cinayət işinin istintaqının aparılması ilə əlaqədar bir sıra QHT-nin hesabları dondurulmuş, yaxud hesablarına həbs qoyulmuşdu. Artıq bu cinayət işi ilə bağlı tədqiqat başa çatıb, Baş Prokurorluğun verdiyi vəsatət əsasında hesabların üzərindən həbslər götürülüb, dondurulmuş hesablar da yoxdur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A. Quliyev artıq həmin QHT-lər sərbəst şəkildə fəaliyyətlərini davam etdirə bilər: “Hər hansı QHT-nin bu baxımdan problemi yoxdur”.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR