Azərbaycanda donor qismində çıxış edəcək xarici hüquqi şəxslərin qrant vermək hüququ əldə etməsi barədə tələb büdcə təsnifatına daxil edilib

Azərbaycanda donor qismində çıxış edəcək xarici hüquqi şəxslərin qrant vermək hüququ əldə etməsi barədə tələb büdcə təsnifatına daxil edilib
# 07 iyun 2015 09:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli qanunun tətbiqi ilə bağlıdır.

Dəyişikliyə əsasən qrantlarla bağlı “Büdcə gəlirlərinin təsnifatı”na əlavəyə edilən dəyişikliyə əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR