Xarici QHT-lərin Azərbaycanda filial və ya nümayəndəlik yaratması qaydası dəyişib

Xarici QHT-lərin Azərbaycanda filial və ya nümayəndəlik yaratması qaydası dəyişib
# 12 fevral 2015 07:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması ilə əlaqədardır.

Dəyişikliyə əsasən, xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət edir.

Qeyd edək ki, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli qanunda nəzərdə tutulub. Azərbaycan prezidenti qanunun tətbiqi barədə 2014-cü il 18 noyabrda sərəncam verib. Nazirlər Kabineti də buna müvafiq olaraq qərar verib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR