“Şairə ithaf” adlı rəsm müsabiqəsinin vaxtı uzadılıb

“Şairə ithaf” adlı rəsm müsabiqəsinin vaxtı uzadılıb
# 05 dekabr 2019 12:24 (UTC +04:00)

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprelin 1-dək uzadılıb.

APA-nın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, müsabiqənin vaxtı oktyabrın 15-də artıq başa çatıb. Müsabiqəyə təqdim edilən əsərlərə mütəxəssislər tərəfindən baxış keçirilib. Bu ərəfədə Azərbaycan rəssamlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, bədii cəhətdən daha sanballı əsərlərin yaradılmasına nail olmaq məqsədi ilə müsabiqənin müddəti artırılıb.

Birinci mərhələdə müsabiqəyə təqdim olunmuş əsərlər 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılan sərgidə nümayiş hüququnu qazanıb.

Növbəti mərhələdə müsabiqəyə təqdim olunacaq yeni əsərlərə mütəxəssislər tərəfindən baxış keçiriləcək və sərgi üçün seçim aparılacaq. Sərgiyə çıxarılacaq bütün əsərlərə münsiflər heyəti tərəfindən baxılacaq və mükafatların qalibləri müəyyənləşdiriləcək.

Bununla əlaqədar birinci mərhələdə iştirak etmiş rəssamlardan xahiş olunur əsərlərini dekabrın 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasından təhvil alsınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR