Azərbaycan rejissorlarının istehsal etdiyi “Nəfəs” və “Koramal” filmləri III “Steps” beynəlxalq kinofestivalında mükafata layiq görülüb

Azərbaycan rejissorlarının istehsal etdiyi “Nəfəs” və “Koramal” filmləri III “Steps” beynəlxalq kinofestivalında mükafata layiq görülüb
# 28 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “EXA Production”un istehsal etdiyi “Nəfəs” və “Koramal” filmləri Ukraynada keçirilən III “Steps” beynəlxalq kinofestivalında iştirak edib. “EXA Production”dan APA-ya verilən məlumata görə, 2007-ci ildə istehsal olunmuş “Nəfəs” filmi bu festivalda ən yaxşı rejissor işi nominasiyasında, “Koramal” filmi isə ən yaxşı operator işi nominasiyasında qalib olublar. Üçüncü dəfə keçirilən beynəlxalq festivala dünyanın 50 ölkəsindən kinematoqrafçılar qatılıb. Nüfuzlu münsiflər heyətinin qərarı ilə Azərbaycanın təqdim etdiyi filmlər müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Qeyd edək ki, bu, təkcə 2009-cu ildə “Nəfəs” və “Koramal”ın qazandığı dördüncü beynəlxalq mükafatıdır. “Koramal” filminin ssenari müəllifləri Xəyyam Abdullayev və Elməddin Alıyev, quruluşçu rejissoru Xəyyam Abdullayev və Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzova, bəstəkarı Çingiz Əliyev, montajçı Siracəddin Məhərrəmovdur. Filmdə aktyorlar İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev rol alıblar. “Nəfəs” filminin ssenari müəllifləri Xəyyam Abdullayev və Elməddin Alıyev, prodüseri Xəyyam Abdullayev və Elməddin Alıyev, rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Mustafa Mustafayev, bəstəkarı Çingiz Əliyev, montajçısı Samir Kərimoğlu, səs rejissoru Emin Nəsirlidir. Filmdə rolları Amaliya Pənahova, Vəfa Rzayeva, Loğman Kərimov, İlqar Cahangirov, Samir Kərimov canlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR