Lənkəranda əməkdar artist Elşad Zeynalovun xatirə lövhəsinin açılışı olub – FOTO

Lənkəranda əməkdar artist Elşad Zeynalovun xatirə lövhəsinin açılışı olub – <font color=red>FOTO</font>
# 22 sentyabr 2010 13:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın əməkdar artisti Elşad Zeynalovun yaşadığı Lənkəran şəhərinin Qala Xiyabanı, 28 ünvanında yerləşən binanın qarşısında xatirə lövhəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə mərhum sənətkarın bir yerdə çalışdığı Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi, ictimaiyyət nümayəndələri, ziyalılar və yaxınları iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi Məmməd Səfərov, N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayev, respublikanın xalq artisti Böyükxanım Əliyeva, yazıçı-publisist Hafiz Mirzə və başqaları çıxış edərək Elşad Zeynalovla bağlı xatirələrini danışıblar.
Qeyd olunub ki, E. Zeynalov 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Səhnədə 100-ə yaxın rolda çıxış edib. Azərbaycan teatrının inkişafında fəaliyyətinə görə 2000-ci ildə ona respublikanın əməkdar artisti fəxri adı verilib. Elşad Zeynalov 1986-cı ildən ömrünün sonunadək Lənkəran teatrının direktoru vəzifəsində çalışıb. 2006-cı il yanvarın 5-də 55 yaşında qəflətən dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR