Sabah Qız Qalası, Şirvanşahlar, Sıratağlı dini-memarlıq kompleksi və İçərişəhərdəki digər abidə və muzeylərə giriş pulsuz olacaq

Sabah Qız Qalası, Şirvanşahlar, Sıratağlı dini-memarlıq kompleksi və İçərişəhərdəki digər abidə və muzeylərə giriş pulsuz olacaq
# 17 aprel 2012 13:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah İçərişəhərdə “açıq qapı” günü olacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “açıq qapı” günü 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə elan edilib.

Sabah İçərişəhər ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər abidə və muzeylərə giriş ödənişsiz olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR