Füzuli rayon Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi Azərbaycan Hərb Tarixi Muzeyinə qədim dövrlərdə istifadə olunan döyüş sənəti nümunələri təqdim edib - FOTO

Füzuli rayon Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi Azərbaycan Hərb Tarixi Muzeyinə qədim dövrlərdə istifadə olunan döyüş sənəti nümunələri təqdim edib - <font color=red>FOTO</font>
# 10 iyun 2008 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Füzuli rayon Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinə qədim dövrlərdə istifadə olunan döyüş sənəti nümunələri təqdim olunub. Bu barədə APA-ya məlumat verən muzeyin müdiri Elçin Əsədovun sözlərinə görə, Hərb Tarixi Muzeyinə təqdim olunmuş əşyalar arasında eramızdan əvvəl II əsrdə sarmatlar tərəfindən istifadə olunmuş ox ucluqları və 13-cü əsrin əvvəllərində monqollara aid ox ucluqları olub. Füzuli Tarix Diyarşünaslıq Muzeyi Muzeyində saxlanılan qədim döyüş eksponatlarının digər nümunələrinin də Hərb Tarixi Muzeyinə verilməsi nəzərdə tutulur: “Zobucuq qəsəbəsi tikilən vaxt oradan çoxlu sayda qədim döyüş sənəti nümunəsi tapılıb. Bunların arasında qədim skiflərə, sarmatlara məxsus döyüş at bəzəkləri, nizə və qılınc, ox atanların istifadə etdikləri xüsusi üzüklər də var”.
Qeyd edək ki, 2004-cü ildən şəxsi muzey kimi fəaliyyət göstərən Bala Bəhmənli Tarix Diyarşünaslıq Muzeyi 2006-cı ildə dövlət statusu alıb. Muzeydə 700-dən artıq tarixi əşya saxlanılır. Muzeydəki ən qədim əşyalar orta tunc dövrünə aiddir və təxminən 4500 yaşı var.





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR