Akademik Musiqili Teatrda "Talelər qovuşanda" nümayiş olunacaq

Akademik Musiqili Teatrda "Talelər qovuşanda" nümayiş olunacaq
# 05 fevral 2020 17:26 (UTC +04:00)

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Talelər qovuşanda" iki hissəli operettası oynanılacaq.

Teatrdan APA-ya verilən məlumata görə, uzun illərdir SSRİ xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir.

Bu dəfə 135-ci dəfə teatrsevərlərin görüşünə hazırlaşan "Talelər qovuşanda" tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa edəcəklər. Balet və xor artistləri də həmişə olduğu kimi tamaşaya xüsusi ahəng qatacaq.

Tamaşa saat 19:00-da başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR