Anar Kərimov: "Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır"

Anar Kərimov: "Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır"
# 10 mart 2021 17:00 (UTC +04:00)

"Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır".

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir layihə təsdiq olunandan sonra muzeyin bərpa işlərinin nəzərdən keçiriləcəyini qeyd edib: "Bildiyiniz kimi, Polad Bülbüloğlu bu yaxında oranı ziyarət etmişdi. Muzeyin bərpasının Polad Bülbüloğlunun hesabına, yoxsa dövlət hesabına aparılacağı onunla danışıqlardan sonra müəyyən olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR