Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü virtual açacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü virtual açacaq
# 17 sentyabr 2020 16:31 (UTC +04:00)

Ənənəvi olaraq hər il sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək.

Teatrın mətbuat xidmətindən APA- ya verilən məlumata görə, bu məqsədlə virtual repertuar tərtib edilib və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və Youtube kanalında) dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər.

Tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.

Eyni zamanda sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti, sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası, 27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin tamaşaları nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR