Azərbaycan rəssamlarının əsərlərinin onlayn satış sərgisi açılıb

Azərbaycan rəssamlarının əsərlərinin onlayn satış sərgisi açılıb
# 08 sentyabr 2020 10:14 (UTC +04:00)

Sentyabrın 7-də Azərbaycan rəssamlarının onlayn satış sərgisi açılıb.

APA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, “Artgift Azerbaijan”ın dəstəyi ilə başa tutur.

Onlayn satış sərgisi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında yeni əlaqələrin yaradılmasına dəstək olmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir.

Sərgidə iştirak üçün Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan 300-ə yaxın orta və gənc nəsil rəssamlar müraciət edib və 100-ə yaxın rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı üçün əsərlər qəbul edilib.

Onlayn satışa çıxarılan əsərlər www.artgift.az portalında nümayiş olunur. Əsərləri əldə etmək üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar. Sərgidə alıcı və satıcılar arasında vasitəçi rolunu Azərbaycan Dövlət Rəsm Qalereyası həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR