Azərbaycanlı violonçel ifaçısı dünyanın ən qabaqcıl musiqiçilərdən biri seçilib

Azərbaycanlı violonçel ifaçısı dünyanın ən qabaqcıl musiqiçilərdən biri seçilib
# 04 mart 2021 17:35 (UTC +04:00)

Azərbaycanlı violonçel ifaçısı Camal Əliyev dünyada yaşı 30-dan aşağı olan 30 ən qabaqcıl musiqiçidən biri seçilib.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, C. Əliyev Britaniyadakı “Classical Fm” tərəfindən bütün musiqi alətləri üzrə dünyada 30 aparıcı gənc musiqiçi arasından seçilən iki violonçel ifaçısından biri olub.

Qeyd edək ki, C. Əliyev 5 yaşında Ankarada violonçel təhsili almağa başlayıb və 13 yaşından etibarən isə öz musiqi təhsilini Londonda davam etdirib. O, Londondakı dünyanın ən böyük klassik musiqi festivalı sayılan “BBC Proms Festivalı”nda da konsert verib. Festival çərçivəsində BBC Konsert Orkestri ilə birlikdə 8 min nəfərlik “Royal Albert Hall”da səhnəyə çıxan C. Əliyev hər il mütəmadi solo konsertlər verir. Bu konsertlər BBC Radio və Televiziyasında canlı yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR