“Baharın 17 anı” filmində Ket rolunun ifaçısı vəfat edib

“Baharın 17 anı” filmində Ket rolunun ifaçısı vəfat edib
# 22 fevral 2021 15:44 (UTC +04:00)

SSRİ və Rusiyanın teatr və kino aktrisası, RSFSR-in əməkdar artisti Yekaterina Qradova vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə onun ölüm səbəbi bilinmir.

1946-cı ildə Moskvada anadan olan Y. Qradova “Baharın 17 anı” və “Görüş yerini dəyişmək olmaz” filmlərində rolları ilə tanınıb.

O, “Baharın 17 anı” filmində rabitəçi Ket obrazını yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR