Bakı Xoreoqrafiya Akademiyasında kadr təyinatı olub

Bakı Xoreoqrafiya Akademiyasında kadr təyinatı olub
# 09 fevral 2021 16:28 (UTC +04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR