Böyükağa Mirzəzadə, Tahir Salahov, Nadir Əbdürrəhmanov, Rasim Babayev, Toğrul Nərimanbəyovun əsərləri sərgilənəcək

Böyükağa Mirzəzadə, Tahir Salahov, Nadir Əbdürrəhmanov, Rasim Babayev, Toğrul Nərimanbəyovun əsərləri sərgilənəcək
# 07 dekabr 2020 13:17 (UTC +04:00)

Dekabrın 14-ü, saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi keçiriləcək.

APA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutur.

Sərg milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə həyata keçirilir.

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Böyükağa Mirzəzadə “Karqanov küçəsində gecə”, Tahir Salahov “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanov “Xalça toxuyan”, Rasim Babayev “Ailə”, Toğrul Nərimanbəyov “Görüş”, Maral Rəhmanzadə “Gözəl kəndimiz”, Altay Hacıyev “Qədim qab-qacaq seriyası.Səhənglər”, Xanlar Əhmədov “Yaralı əsgər”, Həyat Abdullayeva “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarov “Neftçilər” və s. adlı qiymətli əsərləri nümayiş edilcək.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR