Deputat: “Dövlət film çəkmək üçün pul ayırır. Pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”

Deputat: “Dövlət film çəkmək üçün pul ayırır. Pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”
  • Clock-gray 16:50
  • calendar-gray 01 Fevral 2021

“Dövlət film çəkmək üçün pul ayırır. Amma bu pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, hələ nə film çəkilib, nə ortada bir şey var, film ortada olmaya-olmaya pul tuturlar: “Xahiş edirəm, qoyun camaat filmini çəksin, aktyorlar yazıqdırlar. Vergi məsələsinə Nazirlər Kabineti baxır, baxsın. Amma burada deyilən məsələləri nəzərə alsınlar”.

Firuzə Vahid

Digər xəbərlər